Məşhur tiktoker və blogerlər saxlanıldı - Kiberpolisdən əməliyyat - VİDEO
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının “Instagram”, “TikTok” və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat-texniki tədbirlər keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, araşdırmalar zamanı influenserlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb. Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən olunaraq Baş İdarəyə gətirilib. Həmin şəxslər barəsində qanunauyğun tədbir görülüb. Qeyd edilən əməllərə yol verən digər şəxslərin də aşkar olunması istiqamətində araşdırmalar davam etdirilir.
Bir daha sosial şəbəkə istifadəçilərini, bu platformalardan aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.
Digər Xəbərlər
10 Dekabr 2025 15:01
DTX xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslərİ saxladı - VİDEO
10 Dekabr 2025 10:28
Tərtərdə narkotik satan şəxs həbs edildi
10 Dekabr 2025 09:31
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi
09 Dekabr 2025 16:00


Bakı -°C

