İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində yerləşən 204 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Adalet.az Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır.
Yeni mənzillər seçim üçün avqustun 12-də, saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçirilir.
Müraciətlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya üsulu ilə həyata keçiriləcək. SİMA biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Digər Xəbərlər
25 Avqust 2026 17:40
Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti yoxlanılır
25 Avqust 2026 12:42
"Böyük Köç" DAVAM EDİR: Bu dəfə Qırmızı Bazar və Quzeyxırmana
23 Avqust 2026 21:17
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
23 Avqust 2026 13:30
Şükufə Yusupovanın vəziyyəti ilə bağlı açıqlama
23 Avqust 2026 13:23
Sabah 40°-dək isti olacaq
22 Avqust 2026 12:31
FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirdi - VİDEO
21 Avqust 2026 23:39
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21 Avqust 2026 18:00


Bakı -°C

