"İqlim dəyişikliyi turizm sahəsinə mənfi təsir göstərir" - Muxtar Babayev
"İqlim dəyişikliyi turizm sahəsinə də mənfi təsir göstərir".
Adalet.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə bildirib.
Onun sözlərinə görə, iqlim dəyikşikliyi ilə mübarizə hərtərəfli əməkdaşlıq tələb edir: “Hər bir sahə bunun bir hissəsi olmalıdır. Turizm də bu mənada istisna deyil. Çünki bu sahə böyük potensiala malikdir. Turizm prinsipcə dünya iqtisadiyyatında unikal mövqeyə malikdir.
O bildirib ki, turizm iqlim dəyişikliyi ilə mübarizədə katalizator roulunu oynaya bilər: "Turizm müxtəlif ölkələrdə vacib gəlir mənbəyidir. Amma onun atmosferə buraxılan karbon emissiyalarında da payı var. Üstəlik, iqlim dəyişikliyi turizm sahəsinə mənfi təsir göstərir. Bu mənada turizmin qlobal iqlim gündəminə daxil olması üçün çalışacağıq".
Digər Xəbərlər
08 Noyabr 2026 00:10
Şuşanın azad olunmasından 6 il ötür
08 Noyabr 2026 00:00
Azərbaycan Zəfər Gününü qeyd edir
07 Noyabr 2026 20:38
Prezidentin Şuşa, Xankəndi və Ağdam səfərindən - VİDEO
07 Noyabr 2026 18:00
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
07 Noyabr 2026 17:37
Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib
07 Noyabr 2026 16:33
Bakıda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ
07 Noyabr 2026 16:11
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
07 Noyabr 2026 14:05


Bakı -°C

