"İqlim dəyişmələri gender əsaslı bərabərsizlikləri dərinləşdirir" - Muxtar Babayev
Bu gün COP29-un gender bərabərliyinə həsr olunmuş tematik günüdür. Bu gün gender bərabərliyinin təkcə fundamental insan hüququ deyil, həm də effektiv və ədalətli iqlim fəaliyyətinin təməl daşı olduğunu qlobal arenada xatırladır. Bildiyimiz kimi, iqlim dəyişikliyinin təsirləri neytral deyil. Onlar mövcud bərabərsizlikləri, o cümlədən gender əsaslı bərabərsizlikləri dərinləşdirir. Qadınlar və qızlar xüsusilə həssasdırlar.
Adalet.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bir-biri ilə əlaqəli iqlim və biomüxtəliflik böhranları milyonlarla insanı yoxsulluğa sürükləyə və ərzaq təhlükəsizliyinə səbəb ola bilər. Qadınlar və qızlar, həmçinin həll yollarının ön cəbhəsindədirlər, iqlim çağırışlarının həllində davamlılıq, innovasiya və liderlik nümayiş etdirirlər. Bu, qadınların rolunu təkcə iqlim fəalları kimi deyil, həm də cəmiyyətimizin ürəyi, analarımız, bacılarımız və qızlarımız kimi tanımağı və qiymətləndirməyi həyati əhəmiyyətli edir. Onların səsləri və töhfələri icmalarımızın təməlini formalaşdırır və davamlı gələcək üçün baxışımızın mərkəzində olmalıdır.
Digər Xəbərlər
23 Yanvar 2026 18:55
Arzu Əliyeva təşəkkür etdi
23 Yanvar 2026 17:41
Audiovizual media subyektlərinin sayı açıqlandı
23 Yanvar 2026 17:17
Leyla Əliyeva bacısını təbrik etdi - FOTO
23 Yanvar 2026 17:11
Hərbi Prokurorluqda ilin yekunlarına dair kollegiya iclası keçirildi
23 Yanvar 2026 17:04
Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər açıqlandı
23 Yanvar 2026 17:02
Beynəlxalq axtarışa verilmiş 40 nəfərin yeri müəyyən olundu
23 Yanvar 2026 17:01
Alena Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO
23 Yanvar 2026 17:01


Bakı -°C

