İqtisadçı: "Pensiya həddinin 70 yaşa qaldırılmasını doğru hesab etmirəm, çünki..."
Ötən gün Milli Məclisin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsinə dəyişikliklə bağlı açıqlamasında bildirdi ki, əmək Məcəlləsində edilən dəyişikliyə görə pensiya yaşı 65-dir:” Xüsusilə, dövlət büdcəsindən maliyyələşən həkimlər, təhsil işçilərinin həmin yaşda işdən çıxarılması bu sferada ciddi narazılıq yaradır Ona görə də təklif edirik ki, Əmək Məcəlləsində dəyişiklik edilən zaman yaş həddi 65-yaşdan 70 yaşa dəyişdirilsin”.
Deputatın bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmadığı üçün mütəxəssis fikrindən yararlanmağı düşündük Beləki, iqtisadçı alim – hüquqşunas Cavid ismayıl Adalet.az-ın oxucularına deputat Musa Quliyevin fikirləri ilə bağlı suallarımızı cavablandırdı.
-Hörmətli Cavid müəllim, pensiya yaşı cəmiyyətimizdə həmişə həssas məsələ olub. Bu nə ilə bağlıdır?
-İlk olaraq qeyd edim ki, hər bir inkişaf etmiş ölkənin iqtisadi inkişaf və sosial rifahı, ümumiyyətlə vətəndaşlara verilən dəyərin göstəricisinin təməlində duran amillərdən biri də, pensiya məsələləridir. Pensiya məsələləri üzrə münasibətlərinin düzgün tənzimlənməsi, mühüm sosial proqram olaraq eyni zamanda həmin dövlətin öz vətəndaşına göstərdiyi qayğıdır.
- Deputat Musa Quliyevin dövlət büdcəsindən maliyyələşən həkimlərin və təhsil işçilərinin pensiya yaşının artırılması ilə bağlı nəinki adıgedən peşə sahiblərini eyni zamanda adi vətəndaşları da razı salmayıb. Buna səbəb nədir?
-Unutmayaq ki, pensiya - o hüququ əldə edən insanlara həm fiziki və eyni zamanda mənəvi cəhətdən yaşamaq imkanı verən əsas istiqamətlərdəndir. Pensiya məsələlərinin bir baxış bucağı istiqmətimində tənzimlənməsi çox yalnışdır və qəbuledilməzdir. Bu məsələlər iqtisadi və sosial rifaha söykənərək bütün istiqamətlər nəzərə alınmaqla kompleks və koordinasiyalı istiqamətdə tənzimlənməlidir. Vətəndaş həyatını vətənə xidmət etməyə həsr edirsə, müəyyən yaş dövründən sonra onun təminatı mütləqdir və bu cəmiyyətin dayanıqlı inkişafı baxımından çox vacibdir.
- Dünyanın bir çox ölkəsində də pensiya yaşı 70 olduğu qeyd edilir...
-Dünya təcrübəsinə nəzər salanda pensiya həddinin müxtəlif yaş hədlərinin olduğu o cümlədən 70 yaş olduğu bəllidir. Lakin, mən yaş həddinin 70 yaşa qaldırılmasını doğru hesab etmirəm. Eyni zamanda qeyd edim ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinin tələblərinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə çalışma müddətinin 5 ildən çox olmamaq şərti ilə, 1 ildən çox olmayaraq uzadıla bilər. Yeri gəlmişkən yuxarıda qeyd etdiyim Məcəllənin maddəsinində dəyişiklik edilməsinə ehtiyac vardır. Belə ki, bu halda işçinin işə götürəndən asılılığı riski azaldılmalıdır. Bunuda unutmaq olmaz ki, eyni zamanda iş tapmayan xeyli sayda gənclərimiz var. Bir sözlə, bu məsələdə həyatını və sağlamlığını cəmiyyətin inkişafına həsr edən insanların sosial rifahı daha önəmlidir.
- Ətraflı məlumat üçün təşəkkür edirik!
Söhbətləşdi Əntiqə Rəşid
Digər Xəbərlər
10 Sentyabr 2026 13:15
"Yazaraq yaşayıram, yazanda dincəlirəm" - MÜSAHİBƏ
09 Sentyabr 2026 15:02
Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr
07 Sentyabr 2026 11:08
Kosmetika seçərkən bu detallara diqqət edin - XƏBƏRDARLIQ
02 Sentyabr 2026 10:21
“Azərbaycan bu gün həm Şərqin, həm də Qərbin ehtiyac duyduğu ölkəyə çevrilib”
21 Avqust 2026 14:00
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21 Avqust 2026 11:11
Çiyin ağrısını yorğunluq saymayın - SN-nin mütəxəssisindən XƏBƏRDARLIQ
14 Avqust 2026 11:28
Sonsuzluqla bağlı hansı yanlış inanclar var? - SN-nin mütəxəssisi açıqlayır
07 Avqust 2026 09:29


Bakı -°C

