adalet.az header logo
  • Bakı -°C
23 Mart 2026 15:52
80
DÜNYA
A- A+

İran Fars körfəzini minalamaqla hədələdi

İranın Müdafiə Şurası ABŞ və İsrail ölkənin sahillərinə və ya adalarına hücum edəcəyi təqdirdə Fars körfəzindəki bütün dəniz yollarını minalamaqla hədələyib.

Adalet.az xəbər verir ki, bu  barədə ölkənin Müdafiə Şurası məlumat verib.

“Düşmənin İran sahillərinə və ya adalarına hücum etmək cəhdləri, adi hərbi praktikaya uyğun olaraq, Fars körfəzində və sahilboyu bütün keçidlərin və nəqliyyat yollarının müxtəlif dəniz minaları, o cümlədən sahildən buraxıla bilən üzən minalarla minalanmasına gətirib çıxaracaq”,- məlumatda bildirilir.

Müdafiə Şurasında vurğulanıb ki, Fars körfəzinin minalanması halında o, uzun müddət ərzində “Hörmüz boğazına bənzər vəziyyətə” düşəcək və faktiki olaraq gəmiçilik üçün bağlanacaq.lər vətəndaşlarını regionu tərk etməyə çağırıb.