İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.
Adalet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi.
İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Digər Xəbərlər

İlham Əliyevdən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı AÇIQLAMA

"Azərbaycan və İran bir-birini dəstəkləyir" - Prezident

"Qardaşımın yenidən qonağı olacağam" - Pezeşkian

İlham Əliyevlə Pezeşkian Birgə Bəyanat imzaladılar

"Bu, əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür" - İlham Əliyev

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər

İlham Əliyev və Pezeşkianın geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTOLAR
