İran vətəndaşı vasitəsilə əldə etdiyi narkotiki Bakıda satan şəxs tutuldu
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Adalet.az xəbər verir ki, tədbir zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunan 27 yaşlı Əli Əliyev saxlanılıb.
Həmin şəxsdən 4 kiloqram 20 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana və metamfetamin aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara maddi gəlir qarşılığında çatdıracağını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Ə.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının bu ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı 42 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Digər Xəbərlər
08 Aprel 2026 13:10
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah məhkəmə zalında həbs olundu
08 Aprel 2026 12:09
İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi
08 Aprel 2026 10:40
Qanunsuz silahlar aşkarlandı
07 Aprel 2026 11:28
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - VİDEO
07 Aprel 2026 10:18
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
06 Aprel 2026 12:55
"Kivi" yükündə külli miqdarda narkotik vasitə aşkarlandı
04 Aprel 2026 11:51
Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi
04 Aprel 2026 10:56


Bakı -°C

