25 Oktyabr 2024 17:47
329
DÜNYA

İranda 10 qadın 90 il azadlıqdan məhrum edilib

İran İnqilab Məhkəməsinin İsfahandakı şöbəsi on bəhai dininə mənsub qadın barəsində ümumilikdə 90 il həbs və 900 milyon tümən cərimə barədə hökm çıxarıb.

Adalet.az xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.

Məlumata görə, onlar “islam dinini təhqir etməkdə” ittiham olunublar.

Bildirilib ki, son aylar İranda bəhailərə təzyiqlər artıb. Rəsmi olmayan məlumatlara əsasən, İranda 300 mindən çox bəhai yaşayır.

Ölkə konstitusiyasına əsasən, Tehran hakimiyyəti islam, xristian, yəhudi və zərdüşt dinlərini tanıyır.