İranda daha bir edam
"Mossad"a casusluqda təqsirləndirilən Ehsan Əfrəşte edam edilib.
Adalet.az-ın məlumatına görə, İranın məhkəmə sistemi Ehsan Əfrəştenin İsrailin xeyrinə casusluq və kəşfiyyat əməkdaşlığı ittihamı ilə saxlanıldığını və mühakimə olunduğunu bildirib.
Məlumata əsasən, cinayət-prosessual mərhələlər başa çatdıqdan və hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra o bu gün səhər saatlarında edam edilib.
İran məhkəmə sisteminin yaydığı məlumata görə, Əfrəşte istintaq zamanı "Mossad"la əlaqə qurduğunu etiraf edib.
Qeyd olunub ki, o, topladığı məlumatları "Mossad"a ötürüb. Hədəf məkanların sənədləşdirilməsi, video çəkiliş imkanlarının yoxlanılması, İranın Kəşfiyyat Nazirliyi ətrafının müşahidəsi, toplantılarda iştirak, müxtəlif şəxslərin şəkillərinin çəkilməsi və onların şəxsi xarakteristikası ilə bağlı məlumatların hazırlanması onun fəaliyyətləri sırasında olub.
Məlumata görə, Əfrəşte bir müddət "Mossad" zabitləri ilə Nepalın Pokhara şəhərində də olub və orada əlavə əyani təlimlər keçib, yeni tapşırıqlar alıb.
Digər Xəbərlər
13 May 2026 11:15
Rusiya Dnepropetrovsk vilayətinə zərbə endirib
13 May 2026 10:27
"Dünyada iki supergüc dövlət var" - Tramp
13 May 2026 10:24
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir
12 May 2026 20:42
Rutte NATO ölkələrinə çağırış etdi
12 May 2026 19:43
Paşinyan Rusiyanın daha bir tədbirinə qatılmayacaq
12 May 2026 19:20
Əfqanıstanda 13 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib - BMT
12 May 2026 17:51
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - VİDEO
12 May 2026 17:24


Bakı -°C

