adalet.az header logo
  • Bakı -°C
16 Mart 2026 09:16
82
DÜNYA
A- A+

İranda saxlanılan casusların sayı açıqlandı

İran hüquq-mühafizə orqanlarının əməkdaşları düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 500 nəfəri saxlayıb.

Adalet.az xəbər verir ki, bunu İran polis rəisi Rza Radan dövlət televiziyası IRIB-ə bildirib.

Onun sözlərinə görə, "Düşmənə və İran əleyhinə media orqanlarına məlumat ötürən 500 casus saxlanılıb".

Radanın sözlərinə görə, onlardan 250-si düşmənə zərbə koordinatlarını ötürüb, xarici hərbi qulluqçularla əlaqə saxlayıb və ictimai asayişi pozmağa cəhd edib.