İranda soyunaraq aksiya keçirən tələbə qız gündəm oldu - VİDEO

İranın paytaxtı Tehranda gənc tələbə qız ölkədə qadınların geyimlərinə qoyulan tələblərə qarşı aksiya keçirib.
Adalet.az “Deutsche Welle” portalına istinadən xəbər verir ki, Azad İslam Universitetinin tələbəsi olan həmin qız aksiya çərçivəsində üst geyimlərini çıxararaq sözügedən təhsil müəssisəsinin həyətində gəzib.
Aksiyanın görüntüləri digər tələbələr tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
“Amir Kabir Newsletter” tələbə portalının məlumatına görə, bir müddət əvvəl “Bəsic” qruplaşmasının üzvləri hicabı düzgün taxmadığını iddia edərək həmin tələbəyə etiraz ediblər, onun paltarını cırıblar. O isə buna cavab olaraq aksiyanı keçirib.
Qeyd olunub ki, adının Ahu Dəryayi olduğu bildirilən tələbə aksiyadan sonra saxlanılıb. Bu zaman ona qarşı şiddət göstərildiyi qeyd olunub. Universitet nümayəndəsi isə öz növbəsində saxlanılan tələbənin psixi xəstə olduğunu və onun klinikaya göndərildiyini iddia edib.
Gənc qızın bu aksiyası dünya mediasında və sosial şəbəkələrdə böyük maraqla qarşılanıb, hətta onun bu addımı ilə bağlı karikaturalar hazırlanıb.
Digər Xəbərlər

İran Ukraynaya nota verib

Aİ və Ermənistan arasında çərçivə sazişi imzalandı

Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
jpg-1751279687.jpg)
Mirzoyan əsəbləşdi:"Lavrov, get öz işinlə məşğul ol"
jpg-1751277563.jpg)
Kallasdan Rusiyaya "gözdağı": "Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb"

Mirzoyan: Sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırıq

Kallas: Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb
