05 Avqust 2024 09:34
80
DÜNYA

İrandan Türkiyəyə metamfetamin keçirilməsinin qarşısı alındı

İrandan Türkiyəyə daxil olan qoşqulu yük avtomobilindən 2,2 ton narkotik maddə olan metamfetamin aşkarlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, metamfetamin qanuni yük kimi bəyan edilən pudraya hopdurulmuş şəkildə Türkiyə ərazisinə keçirilib.

Narkotik maddə nazirliyin gömrük mühafizə bölmələri tərəfindən keçirilən əməliyyat nəticəsində Türkiyə ilə İran arasındakı Gurbulaq sərhəd-keçid məntəqəsində aşkarlanaraq müsadirə edilib.