"İranın hücum aktları cavabsız qalmayacaq" - Müdafiə Nazirliyi
İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
Azərbaycan Müdafiə nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.
Digər Xəbərlər
05 Mart 2026 15:08
"Etirazlara başlayacağıq" - Təbrizli gənclərdən İranın Azərbaycana hücumu ilə bağlı bəyanat
05 Mart 2026 13:33
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
05 Mart 2026 12:08
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05 Mart 2026 11:52
“İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların...” – Deputatdan sərt cavab
05 Mart 2026 11:03
Baş prokuror Sabunçuda vətəndaşları qəbul edəcək
05 Mart 2026 10:58
Prezidentin adından saxta "fəxri diplom" təqdim edən şəxs həbs edildi - VİDEO
05 Mart 2026 10:48
İrandan Azərbaycana indiyədək 1317 nəfər təxliyə edilib
05 Mart 2026 10:25


Bakı -°C

