İrəvan Bakı ilə tam ticarətə hazır olduğunu açıqladı
"Ermənistanla Azərbaycan arasında ticarət dövriyyəsinə təkcə neft məhsulları deyil, bütün növ mallar daxil olmalıdır".
Adalet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı deyib.
Onun sözlərinə görə, bir sektorla məhdudlaşmamaq vacibdir, çünki əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün qarşılıqlı faydalı ola bilər: "Söhbət təkcə neftdən getmir. Baxmayaraq ki, bu istiqamətdə ilk daşınmaların başlanması mümkündür".
Spiker əlavə edib ki, enerji və digər malların tədarükü üçün nə qədər çox variant olarsa, bu, Ermənistan üçün bir o qədər sərfəli olar. Onun fikrincə, şərait yaradılmalıdır ki, Azərbaycan da Ermənistan ərazisindən ixracda maraqlı olsun.
Digər Xəbərlər
18 Oktyabr 2026 19:41
Tramp Fransaya xəbərdarlıq etdi
18 Oktyabr 2026 14:50
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu - VİDEO
18 Oktyabr 2026 14:33
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
18 Oktyabr 2026 11:33


Bakı -°C

