İşğaldan azad edilmiş ərazilərdə ilk hərrac keçiriləcək
İyunun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.
Adalet.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, işğaldan azad edilmiş ərazilərdə ilk hərrac olacaq.
Hərracda Laçında yerləşən “Əhmədli” (45,2 ha) və Qubadlıda yerləşən “Hacılı” (18,5 ha) mişardaşı yataqları investorlara təklif olunacaq.
İddiaçılar hərracda iştirak üçün tələb olunan sənədləri 5 iyun 2024-cü il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər.
Hərrac Zəngilan rayonu, Ağalı Kənd İcma Mərkəzinin inzibati binasında keçiriləcək.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/44aKyqB) və “Özəlləşdirmə portalı”nda (https://bit.ly/4aNreCh) tanış olmaq olar.
Digər Xəbərlər
10 Fevral 2026 09:47
ADY qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür
10 Fevral 2026 09:19
"Sürüşmə riski xeyli artıb" - DYP
10 Fevral 2026 09:18
Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək
09 Fevral 2026 18:13
Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə müraciət olundu
09 Fevral 2026 17:54
Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq ediləcək
09 Fevral 2026 16:58
Tahir Budaqov Nəsimi rayonunun icra başçısı təyin olundu
09 Fevral 2026 16:55
Əmək pensiyaları artırılacaq - Prezidentdən SƏRƏNCAM
09 Fevral 2026 16:52


Bakı -°C

