İşğalı dəstəkləyən arxiyepiskopun həbsi REALLAŞDI
jpg-1751008867.jpg)
Hələ 2020-ci ildə erməni apostol kilsəsinin Şirak yeparxiyasının baş keşişi Mikael Ajapahyan ölkənin baş naziri Nikol Paşinyanın iştirak etdiyi dua mərasimində xidmətdən imtina etmişdi. Çünki o da ermənilər kimi düşünürsü ki, Paşinyan 3 tərəfli müqavilə imzalamamalı , döyüşü davam etdirməlidir.
Bundan başqa Ajapahyan sonrakı dövrdə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın kilsəni vergiyə cəlb etmək təklifi “xəstə ağlın bəhrəsi”dir. Onun sözlərinə görə, kilsə öz xidmətində və missiyasında şəffafdır.
Artıq bir din xadiminin ölkə başçısını təhqir etməsi həm dindara yaraşan hərəkət deyil, həm də vətəndaşa! Bu ölkənin imicinə də ziyandır.
Adalet.az xəbər verir ki, hazırda Cinayət Axtarış İdarəsi Mikael Ajapahyanın yaşadığı ünvanda zəruri istintaq və prosessual hərəkətlər aparır.
Məlumatı erməni mediası yayıb:"Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Mikayel Ajapahyana qarşı başlanmış cinayət işi çərçivəsində Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasında əməliyyat-istintaq tədbirləri həyata keçirirlər".
Media daha sonra yazır: "Şirak Yeparxiyasının Primatı arxiyepiskop Mikayel Ajapahyana qarşı 2025 - ci il iyunun 17-də Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, konstitusiyadan və ya suverenlikdən imtina etməyə, suverenlikdən imtina etməyə çağırışlar) cinayət işi başlandığını əvvəllər xəbər vermişdik" .
Xatırladaq ki, yepiskop Mikael Ajapahyan mütamadi olaraq baş naziri aşağlayıcı açıqlamarı ilə yaddaşlarda qalıb:" “Paşinyan elə bir insandır ki, hətta böyük manipulyasiya ustası olan Yozef Gebbels belə onun tələbəsi ola bilərdi. O, özünü sülhpərvər biri kimi göstərir. Çünki ona görə əsas sülhdür. O, məğlubiyyəti sülh dövrünün başlanğıcı kimi təqdim etmək istəyir ki, uduzsaq da, guya sülh erası açmışıq. O, səhvlərinə haqq qazandırır. Amma bu hakimiyyətin sülhün əldə olunmasında heç bir rolu yoxdur. Müharibə nəticəsində rüsvayçı sülh yarandı.
İndi Baş nazir alçaldıcı məğlubiyyəti unudub, özündən asılı olmayan sülhü nailiyyət kimi təqdim edir. Bu, manipulyasiyadır və o, ən böyük manipulyantdır ” .
Əntiqə Rəşid
Digər Xəbərlər

Kərim Vəliyev Türkiyədə beynəlxalq təlimi izləyib - YENİLƏNİB
jpg-1751012072.jpg)
Əslində Peskov Molla Nəsrəddindən də zarafatcıldır....

Daxili İşlər Nazirliyi və komitə vətəndaşlara müraciət etdi
