İslamabad Bəyannaməsi qəbul olunub
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.
Adalet.az xəbər verir ki, yekunda çıxış edən Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova bəyannamənin üç ölkə arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə etdiyini, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğuladığını, o cümlədən, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib. Onun sözlərinə görə, Bəyannamə həmçinin regional və qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir.
Milli Məclisin sədri sonda bir daha vurğulayıb ki, parlamentlərimiz arasındakı bu səmərəli əməkdaşlıq formatı birgə səylərimizlə bundan sonra da uğurla davam edəcək. Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimizin maraqlarına xidmət edir, onlar arasındakı dostluq və qardaşlıq əlaqələrinin, birlik və həmrəyliyin daha da güclənməsinə töhfə verir.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün uğurla nəticələndiyini qeyd edərək, vurğulayıb ki, Görüşün nəticələri gələcək əməkdaşlıq üçün çox faydalı olub.
Digər Xəbərlər
16 Sentyabr 2026 22:00
Asip Kayanın Naxçıvanda fəaliyyəti başa çatır
16 Sentyabr 2026 21:44
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
16 Sentyabr 2026 21:30
Müharibələrin qısa zamanda dayanacağı inandırıcı deyil... - Səxavət Məmməd yazır
16 Sentyabr 2026 17:11
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşdü
16 Sentyabr 2026 14:58
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır
16 Sentyabr 2026 13:35
“Erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırırıq”
16 Sentyabr 2026 12:55
Hakan Fidan: "Türkiyə və Azərbaycan iki sabitlik adasıdır"
16 Sentyabr 2026 11:35


Bakı -°C

