İsmayıllı sakininin evində 11 kq narkotik aşkarlanıb
İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Valeh Ələkbərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 9 kiloqrama yaxın olan çətənə kolları və 1 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
V.Ələkbərov ifadəsində həmin narkotik tərkibli bitkiləri iki ay əvvəl becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.
Digər Xəbərlər
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45


Bakı -°C

