adalet.az header logo
  • Bakı -°C
17 Aprel 2026 12:43
96
HADİSƏ
A- A+

İsmayıllıda 31 yaşlı qadın itkin düşdü

İsmayıllı rayon sakini 31 yaşlı Aygün Əzizova aprelin 2-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.


Adalet.az xəbər verir ki, A.Əzizovanın əlamətləri: boyu 167 sm, gözlərinin rəngi şabalıdı, saçları uzun qaradır. Evdən çıxan zaman əynində qara rəngli jilet və şalvar olub.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və Nazirliyiin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020 -285-11-89 şəhər və 050-280-45-00  mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.