adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 May 2024 17:47
507
DÜNYA

"İsrail hökuməti getdikcə qatilləşir" -Ərdoğan

"İsraillə ixrac və idxal əməliyyatlarını dayandırdıq".

Adalet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Türkiyə liderinin sözlərinə görə, bu günə qədər 50 min tona yaxınlaşan ümumi humanitar yardımla Türkiyə dünyada Qəzzaya ən çox yardım göndərən ölkə olub: "Getdikcə daha qatilləşən İsrail hökumətini atəşkəsə məcbur etmək üçün diplomatiya və ticarət baxımından təzyiqin dozasını daim artırırıq. Birinci mərhələdə 54 məhsul qrupu üzrə ixrac məhdudiyyəti tətbiq etdik. Keçən həftədən etibarən bütün məhsullar daxil olmaqla İsraillə ixrac və idxal əməliyyatlarını dayandırdıq.

Biz Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım işinə müdaxilə etmək qərarına gəldik".