19 Iyun 2025 17:43
86
DÜNYA

İsrailin Tramp qədər yaxşı dostu olmayıb - Netanyahu

İsrailin heç vaxt Trampdan daha yaxşı dostu olmayıb və onun hər bir qərarını qiymətləndirir.

Adalet.az  xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

İranın vurulmasında ABŞ-nin mümkün iştirakından danışan Netanyahu qeyd edib ki, bu, Donald Trampdan asılıdır: "O, oyun qaydalarını bilir".

O vurğulayıb ki, hər bir müharibə qurbanlar tələb edir: "Oğlum hətta toyu ləğv etdi".

Baş nazir həmçinin bəyan edib ki, "İran rejiminin devrilməsi xalqından asılıdır, lakin İsrail onlara bunda kömək edəcək şərait yaradır".