"İsraillə enerji qazma işlərinə başlayacağıq" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Netanyahuyla görüşünün detallarını açıqlayıb.
Adalet.az xəbər verir ki, ölkə başçısı Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarını cavablandırıb.
"Biz danışdıq, o, həmin vaxt xəstəliyə görə gələ bilmədi. Amma indi ona dedim ki, sən bu səfəri etməlisən, sonra komandamla İsrailə səfər edəcəm. Beləcə razılaşdıq. İnşallah, çox gec olmadan İsraillə enerji məsələləri daxil olmaqla qazma işlərinə də başlayacağıq. Sadəcə Türkiyəyə deyil, Türkiyədə Avropaya da enerji nəqli xətlərini işləməyə başlayacağıq. Biz razılığa gəldik ki, ilkin olaraq ümumi ticarət həcmimizi 9,5 milyard dollardan ən azı 15 milyard dollara çatdıraq. Biz də bu addımı atacağıq. Eyni zamanda, əlbəttə ki, bizim beynəlxalq siyasətdə birlikdə nə edə biləcəyimizi müzakirə etmək və danışmaq imkanımız oldu”-deyə Ərdoğan bildirib.
Digər Xəbərlər

Türkiyə müharibə planını nəzərdən keçirir

"Ukrayna hücuma keçməlidir" - Tramp

Ərdoğan təlim keçən azərbaycanlı zabitlərin məzun gününə qatıldı

Qlobal istilər təhlükəli həddə çatıb

Suriyadakı toqquşmalarda 600-ə yaxın insan ölüb

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb

Suriyada nazirə sui-qəsd cəhdi olub - Əl Şaraa Dəməşqi tərk etdi
