İsrailli nazirlərin etirazına rəğmən, girovların yeni mübadiləsi üçün gün seçildi
Xəbər verdiyimiz kimi Qəzzada 19 yanvarda qüvvəyə minən atəşkəs çərçivəsində tərəflər arasında girov mübadiləsinin ilkin mərhələsi başa çatıb. Beləki, HƏMAS 3, İsrail isə 90 girovu sərbəst buraxıb. HƏMAS bildirdi ki, azad edilmiş fələstinlilər arasında İordan çayının qərb sahilindən və Qüdsdən olan 69 qadın və 21 yeniyetmə oğlan olub. İsrailin məlumatına görə, azad edilən məhbuslar Emili Damari, Romi Qonen və Doron Ştaynbrexerdir.
Adalet.az xəbər verir ki, sosial şəbəkələrdə girovların növbəti təhvil - təslimi ilə əlaqədarməlumat yayılıb. Fələstinin HƏMAS hərəkatına məxsus teleqram kanalında, eyni zamanda digər sosial şəbəkələrdəki məlumatda deyilir ki, şənbə günü (yanvarın 25-də) məhbusların mübadiləsi baş verəcək. Beləki, fələstinli məhbusların həbsxanadan azad edilməsi müqabilində Qəzza zolağında saxlanılan israilli girovların ikinci qrupu sərbəst buraxılacaqlar.
Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və rəhbərlik etdiyi Yəhudi Gücü Partiyası Qəzzada girovların azad edilməsi və atəşkəs razılaşmasına etiraz edib və vəzifəsindən istefa verib.
Ondan əvvəl isə İsraildə ifrat sağçı Yəhudi Gücü (Otzma Yehudit) Partiyasından daha iki nazir HƏMAS-la əldə olunan atəşkəs razılaşmasına etiraz olaraq istefa verib.
Məlumata görə, İsrailin irs naziri Amiçai Eliyahu və milli davamlılıq naziri Yitzhak Vasserlauf istefa ərizəsi yazıb.
Məlumatlar arasında İsrail əsgərlərinin Qəzzanın Rəfah bölgəsindən Misir-Qəzza sərhədi boyunca Filadelfiya dəhlizinə çəkilməyə başladığı da yer alır.
Qeyd edək ki, atəşkəs rejiminə əsasən, bütün hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılacaq, Qəzzaya humanitar yardım göndəriləcək və altı həftə ərzində Həmas 100 israilli və xarici məhbusdan 33-ü, İsrail isə 2000-ə yaxın fələstinli məhbusu azad edəcək.
Əntiqə Rəşid