21 yaşlı Nurayın qətli ölkəni silkələdi – Prezident HƏRƏKƏTƏ KEÇDİ
Qazaxıstanın Şımkent şəhərində 21 yaşlı tələbə Nuray Serikbayın qətli ilə bağlı polis əməkdaşları barəsində səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.
Adalet.az musavat.com-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər nazirinin müavini Sanjar Adilov Senatda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, araşdırma prezident Kasım-Jomart Tokayevin rezonans doğuran cinayətlə bağlı açıqlamasından bir gün sonra başlanıb.
Cinayət işi zərərçəkənin polisə müraciətinin qeydiyyata alınmaması faktı ilə əlaqədardır. Adilov qeyd edib ki, həmin gün Daxili İşlər Nazirliyi intizam tədbirləri də görüb. Şımkent şəhər polis rəisi, onun müavini və şəhər polis idarəsinin rəhbəri tutduqları vəzifələrdən azad edilib.
Xatırladaq ki, yanvarın 11-də Şımkentdə 21 yaşlı tələbə Nuray Serikbay qətlə yetirilib. Hadisənin sosial şəbəkələrdə yayılan video görüntüləri geniş ictimai rezonansa səbəb olub. Şübhəli şəxs hücumdan sonra hadisə yerindən qaçıb.
Yanvarın 20-də Qızılorda şəhərində keçirilən Milli Qurultayın V iclasında çıxış edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu iş üzrə polis əməkdaşlarının fəaliyyətinə hüquqi qiymət verilməsini tapşırıb.


Bakı -°C

