“Trampın Ukraynaya dəstəkdən geri çəkilməsi ABŞ-nin strateji məğlubiyyətidir...”
“ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsinin Vaşinqtonun müharibəsi olmadığını bildirərək, Co Bayden administrasiyasının Kiyevə 350 milyard dollar həcmində vəsait ayırdığını vurğulayıb. Ümumilikdə, Tramp uzun müddətdir Ukrayna məsələsində ABŞ-nin birbaşa tərəf kimi iştirakını tənqid edir və bunu daha çox əvvəlki administrasiyanın siyasətinin nəticəsi kimi təqdim edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, Ukraynada baş verən Maydan hadisələri ölkədaxili siyasi və sosial narazılıqlar fonunda ortaya çıxsa da, Qərbin – xüsusilə ABŞ-nin bu proseslərə siyasi və diplomatik dəstəyi ilə qalib gəlib:
“Ukraynanın Qərbə inteqrasiyası və NATO ilə yaxınlaşması Vaşinqtonun uzunmüddətli strateji maraqları olub. Rusiya isə Ukraynaya qarşı başladığı müharibəni öz təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab kimi əsaslandırır və bunu dolayısı ilə Qərb, xüsusilə də ABŞ ilə geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi xarakterizə etmək olar. Moskvanın əsas məqsədi Ukraynanı öz təsir dairəsində saxlamaq, NATO-nun genişlənməsinin qarşısını almaq və qlobal güc balansında fövqəl dövlət statusu əldə etməkdən ibarətdir”.
O, bildirib ki, hazırda Rusiya öz prinsipial planından geri çəkilməyib:
“Donald Tramp administrasiyası ilə əməkdaşlığı müstəvisində çalışır ki, Ukraynada müəyyən taktiki uğurlar əldə edərək, sonrakı proseslərdə strateji qələbəyə çevirsin. ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyi bu müharibədə mühüm rol oynayır. Bununla belə, Vaşinqtonun prosesdən tam geri çəkilməsi belə, Rusiyanın avtomatik qələbəsinə gətirib çıxarmayacaq. Çünki Böyük Britaniya, Fransa və Almaniya kimi aparıcı Avropa dövlətləri Ukraynaya dəstəyi davam etdirmək potensialına malikdir. Eyni zamanda, Ukraynanın müdafiə sənayesi son illərdə əhəmiyyətli dərəcədə güclənib.Bununla yanaşı, ABŞ-nin Ukrayna məsələsində geri çəkilməsi onun beynəlxalq nüfuzuna ciddi zərbə vura və Avropa müttəfiqləri ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən Vaşinqtonun Ukraynaya dəstəyi davam etdirməsi strateji baxımdan vacib olaraq qalır.Yaxın Şərqdə baş verən proseslər, xüsusilə İran ətrafında formalaşan gərginlik Çinə qarşı strateji savaşın əsas tərkib hissəsidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Aprel 2026 10:20
Pakistanda partlayış olub - Ölənlər var
03 Aprel 2026 09:10
Əfqanıstanda geyim qaydaları sərtləşdirildi
03 Aprel 2026 09:07
Tehrana gedən körpü bombalandı - VİDEO + YENİLƏNİB
03 Aprel 2026 09:04
ABŞ ordusunun baş qərargah rəisi istefa verdi
03 Aprel 2026 08:44
Avstraliya Yaxın Şərqə xüsusi təyinatlı qüvvələrini yerləşdirib
03 Aprel 2026 08:41
"Heç vaxt bərpa olunmayacaq şey ABŞ-nin nüfuzuna dəyən zərərdir" - Əraqçi
03 Aprel 2026 08:37
"CNN": İranın hələ də minlərlə PUA və qanadlı raketləri var
03 Aprel 2026 08:36


Bakı -°C

