adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2024 14:57
345
GÜNDƏM

İstanbul valisindən saxta erməni soyqırımı tədbirlərinə YASAQ

"İstanbul valisi artıq üçüncü ildir ki, İstanbulda Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsini qadağan edib".
İstanbulun erməni “Aqos”unun xəbərinə görə, Erməni Soyqırımı qurbanlarının anım mərasiminin təşkilatçıları qubernatorun qərarından narazı olduqlarını bildiriblər və ona yenidən baxılmasını istəyiblər.
Təşkilatçılar 2010-cu ildən 2019-cu ilə qədər hər il İstanbulda anım tədbirləri təşkil etdiklərini, lakin Kovidin məhdudiyyətlərindən sonra İstanbul Valiliyinin üç il ardıcıl olaraq buna icazə vermədiyini vurğulayıblar.


Qeyd edək ki, 109 ildir erməni ideoloqları öz iyrənc yalanları, iblisanə hiyləgərlikləri ilə dünyanı türk toplumuna qarşı nifrətlə doldurmaqda davam edir və üstəlik, türklər tərəfindən "soyqırımı”na məruz qaldıqları iddiası ilə hər il “24 apreli matəm günü” kimi qeyd edirlər. Əslində, aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib.

 Əntiqə Rəşid