“İstehlakçı hüquqları” mövzusunda keçirilmiş fotomüsabiqənin qalibləri mükafatlandırılıb - FOTOLAR
İstehlakçıların hüquqlarının qorunması sahəsində fəallığın və təşəbbüskarlığın dəstəklənməsi məqsədilə keçirilən fotomüsabiqəyə təqdim edilən fotolarda istehlakçı hüquqlarına fərqli və yaradıcı yanaşma əsas tələblərdən biri kimi müəyyən edilib.
Bu barədə Adalet.az-a Dövlət Agentliyindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “İstehlakçı hüquqları” mövzusunda fotomüsabiqə qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.
İştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq ticarət və ictimai iaşə obyektlərində mal, iş və ya xidmətləri alarkən yaradıcı fotolar çəkərək müsabiqəyə təqdim ediblər. Kreativ iqtisadiyyatın təmsilçiləri (media, marketinq, mədəniyyət və incəsənət sahələrindən olan mütəxəssislər), fotoqraf, o cümlədən sahə üzrə ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim edilən fotolar dəyərləndirilib və qaliblər müəyyənləşdirilib. Müsabiqə iştirakçıları arasından seçilmiş ilk üç yerin sahibi sertifikatla təltif olunub, onlara həvəsləndirici hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi üzərindən “#İstehlakçıyamHüququmVar” şüarı ilə keçirilən fotomüsabiqə istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməsinə çağırışın edilməsi və bu sahədə ictimai məlumatlılığının artırılması məqsədilə təşkil edilib.
Digər Xəbərlər
12 Mart 2026 11:31
İstehlakçılar ən çox nədən şikayətçidir?
12 Mart 2026 11:14
"İxracın həcmi artır, belə də davam edəcək" - İlham Əliyev
12 Mart 2026 11:09
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
12 Mart 2026 10:54
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi...”
11 Mart 2026 16:58
"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı
11 Mart 2026 12:55
22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib
11 Mart 2026 12:49
"Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir" - Nazir müavini
11 Mart 2026 12:41


Bakı -°C

