İzmirdə FETÖ-yə qarşı əməliyyat - 13 nəfər saxlanıldı
Türkiyənin İzmir şəhərində başlanan və 7 vilayəti əhatə edən FETÖ-yə qarşı əməliyyat çərçivəsində 13 şübhəli saxlanılıb.
Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmir Respublika Prokurorluğunun FETÖ terror təşkilatının fəaliyyətlərini ifşa etmək məqsədilə apardığı istintaq çərçivəsində Vilayət Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən İzmir, Ankara, İstanbul, Qaziantep, Adana, Eskişehir və Kütahya şəhərlərində müəyyən edilmiş ünvanlara eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 13 şübhəli şəxs saxlanılıb.
Qeyd edilib ki, hazırda saxlanılan şəxslərlə bağlı polis idarəsində araşdırmalar davam edir.
Digər Xəbərlər
01 Noyabr 2026 18:00
Frankfurt-na-Maynda 100-dən çox polis xəsarət alıb, 54 nəfər saxlanılıb
01 Noyabr 2026 17:55
Türkiyədə 87 qanunsuz miqrant saxlanıldı
01 Noyabr 2026 15:00
Qara dənizdə məsuliyyətli davranın - Ərdoğandan Rusiya və Ukraynaya çağırış
01 Noyabr 2026 13:53


Bakı -°C

