Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Həbsdə olan jurnalist Cəmil Məmmədli barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Cəmil Məmmədli son söz deyib O, ittihamların əsassız olduğunu bildirib.
Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Cəmil Məmmədli 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Cəmil Məmmədlinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
Xatırladaq ki, ötən il avqust ayında keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək onun həbs edilməsini istəyib. Məhkəmə vəsatəti əsaslı hesab edərək C.Məmmədli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib.
Cəmil Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
Digər Xəbərlər

KTN-nin vəzifəli şəxslərinin məhkəmələri başlayır

"Səfərov qardaşları postravmatik və posthemorrogik şokdan vəfat ediblər" - Müstəntiq

"Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərmişik" - Nemət Əvəzov

"Baş Prokurorluq olaraq vəzifə borcumuzdur ki, bunu araşdıraq" - İlqar Səfərov

"Rusiyada azərbaycanlılara işgəncələrin verilməsi beynəlxalq hüququn pozulmasıdır" - Baş Prokurorluq

Yekaterinburqda işgəncəyə məruz qalan bir nəfər Azərbaycana qayıdıb, ekspertiza təyin olunub

Rusiyada öldürülən azərbaycanlılarla bağlı detallar açıqlanıb - VİDEO
