Jurnalistlərin IX qurultayı keçiriləcək - Tarix açıqlandı
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Əvvəlcə 27 sentyabr Anım Günü ilə bağlı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Adalet.az xəbər verir ki, toplantını açan MŞ sədri Rəşad Məcid bildirib ki, Azərbaycan jurnalistlərinin sonuncu – VIII qurultayından 4 il keçib (24 sentyabr 2022-ci il) və Şuranın Nizamnaməsinə görə, yeni – IX qurultay təşkil olunmalıdır. Buna görə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi (TK) formalaşdırılmalıdır.
İclasda əvvəlki qurultayların təcrübəsinin əsas götürülməsi və MŞ-nin İdarə Heyətinin bütün üzvlərinin TK-da təmsil olunmalarının vacibliyi vurğulandı. Təklif səsə qoyularaq məqbul qiymətləndirildi. Qurultayın keçirilmə vaxtı ətrafındakı müzakirələrdə onun bu il oktyabrın 15-də təşkilinin mümkünlüyü vurğulandı və bununla bağlı yekun qərar verildi.
İştirakçı sayını optimallaşdırmaq üçün qurultayda gündəlik qəzetlərdən, informasiya agentliklərindən 2, həftəlik qəzetlərdən, jurnallardan, xəbər saytlarında və jurnalist təşkilatlarından 1 nümayəndənin iştirakı məqbul sayıldı. Təklif səsə qoyularaq qəbul olundu.
TK-nın qarşıdakı iş planı ətrafında müzakirə aparılarkən bildirildi ki, Mətbuat Şurasına üzv təşkilatlar həm qurultayda iştirak edəcək nümayəndələrinin adlarını, həm də qurumun İdarə Heyətinə namizədlərinin siyahısını oktyabrın 12-dək TK-ya təqdim etməlidirlər. Bunun üçün MŞ-nin “presscouncil.az” rəsmi internet səhifəsində ayrıca “Azərbaycan Jurnalistlərinin IX qurultayı” bölməsi yaradılacaq.
“Azərbaycan Jurnalistlərinin IX qurultayı” bölməsində ilkin olaraq iki anket yerləşdiriləcək. Birinci anketə üzv təşkilatlar İH üzvlüyünə namizədlərinin, ikinciyə isə qurultayda iştirak edəcək nümayəndələrinin adlarını qeyd edəcəklər.
Müvafiq olaraq, birinci anketdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik qəzetlər, saytlar və jurnalist təşkilatları 1 nümayəndə adı göstərib TK-ya təqdim edəcəklər.
Məlum olduğu kimi, Mətbuat Şurasının İdarə Heyəti 23 üzvdən ibarətdir. Onlardan 14-ü jurnalistləri, 9-u ictimaiyyət nümayəndələrini təmsil edir. İkinci anket bu bölgüyə uyğun tərtib olunacaq. Yəni, üzv təşkilatlar göstərilən əsasda və sayda namizədin adını ikinci anketdə göstərib TK-ya təqdim edəcəklər.
O da məlumdur ki, prosedur qaydalara uyğun olaraq, MŞ sədri, İdarə Heyətinin üzvləri, habelə Nəzarət-Təftiş Komissiyasının 5 nəfərlik tərkibi birbaşa qurultay nümayəndəsidir. TK qurultayda səs hüququ ilə iştirak edəcək şəxslərin sırasına Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvlərinin və Vətən müharibəsi iştirakçısı olmuş jurnalistlərin bir qrupunun əlavə edilməsini məqbul sayıb.
İclasda, həmçinin, Mətbuat Şurasına üzv təşkilatların heç də hamısının üzvlük haqqı ödəmədiyi bildirilib və bu məqamın onların qurultayda iştirakına təsir göstərməsinin vacibliyi əsaslandırılıb. Vurğulanıb ki, üzv təşkilatların MŞ ilə bağlılıqları üzvlük haqqı ilə müəyyənləşir. Mövcud öhdəliyin yerinə yetirilməməsi isə qurultayda iştirakın məhdudlaşdırılması üçün əsasdır. Ona görə də TK MŞ-yə üzv təşkilatları üzvlük haqqı borclarını ödəməyə çağırır.
Qeyd edək ki, qarşıdakı müddətə qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin əlavə məlumatları yayımlanacaq, o cümlədən, Azərbaycan Jurnalistlərinin IX qurultayının keçirilmə məkanı müəyyənləşdiriləcək.
Digər Xəbərlər
16 Oktyabr 2026 13:46
Mətbuat Şurasının IX qurultayı keçirilib - YENİLƏNİB
16 Oktyabr 2026 12:39
Qalib İbrahimoğlu Mətbuat Şurasına üzv seçildi
16 Oktyabr 2026 12:18
MŞ İdarə Heyətinin yeni tərkibi
16 Oktyabr 2026 12:04
Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçilib
16 Oktyabr 2026 10:27
"Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub" - Rəşad Məcid
16 Oktyabr 2026 10:22
Jurnalistlərin IX Qurultayının iştirakçıları İlham Əliyevə müraciət ünvanladılar
15 Oktyabr 2026 16:02
Rəşad Məcid Mətbuat Şurasından gedir - Yeni namizədlər
15 Oktyabr 2026 06:55


Bakı -°C

