Kallas: Avropa Qəzzadakı vəziyyəti dayandıra bilmir

Qəzza zolağında baş verənləri dayandırmaq Avropa üçün mümkün deyil, çünki ABŞ İsraili açıq şəkildə dəstəkləyir.
Adalet.az EFE-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.
Onun sözlərinə görə, Aİ fələstinlilərin hüquqlarının müdafiəsində beynəlxalq arenada fəal oyunçuya çevrilib. Lakin bu, kifayət deyil:
“Gərgin vəziyyət davam edir və biz onu dayandıra bilmirik. Çünki bildiyiniz kimi, ABŞ İsrail hökumətini və onun addımlarını qətiyyətlə dəstəkləyir”, - Aİ rəsmisi vurğulayıb.
Kallas həmçinin qeyd edib ki, münaqişənin dayandırılması üçün özünün əvvəlki ali nümayəndə Cosef Borreldən daha çox iş gördüyünə inanır.
Digər Xəbərlər

Paşinyan Rusiyada Putinlə görüşəcək

Qətər İsraili günahlandırır

Polşa təlaşda

Nepalda vəziyyət stabilləşir

Beynəlxalq sistem heç bir həll yolu tapa bilmir - Hakan Fidan

Netanyahu Qətərə çağırış etdi - Onları ölkədən çıxarın!

İsrail husilərin hökumət binasına zərbə ENDİRDİ
