Kamal Abdullaya Fəxri doktor adı təqdim olunacaq
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru seçilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Kamal Abdulla Piteşti Universitetinin rektoru Dumitru Kirleşan tərəfindən Rumıniyaya dəvət olunub.
Bu ali təhsil ocağı tərəfindən göndərilən məktubda qeyd olunub ki, o, iki ölkə arasında təhsil və elm münasibətlərinin inkişafındakı xidmətlərinə, eyni zamanda rumın dilinin ADU-da yüksək səviyyədə tədrisinə, bu ölkənin mədəniyyətinin təbliğindəki müstəsna roluna görə bu fəxri ada layiq görülüb.
Rektor Kamal Abdulla və ADU-nun Mərkəzlərlə iş bölməsinin rəhbəri Anar Rəhimov 19-27 oktyabr tarixlərində Buxarest, Pteşti və İaşi şəhərlərində akademik ezamiyyətdə olacaqlar.
Səfər müddətində akademik Kamal Abdullaya Piteşti Universitetinin fəxri doktoru adı təqdim olunacaq, yazıçının “Bir, iki, bizimki” əsəri əsasında Pteşti Universitetinin tələbələri tərəfindən hazırlanan tamaşanın premyerası da keçiriləcək. Kamal Abdulla eyni zamanda İaşi Universitetində “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə oxuyacaq, Azərbaycan Multikulturalizm Mərkəzinin açılış mərasimində iştirak edəcək.
Oktyabrın 25-də İaşi Universitetinin rektoru ilə ADU-nun rektoru arasında anlaşma memorandumu imzalanacaq.
Digər Xəbərlər
20 Sentyabr 2026 10:09
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18 Sentyabr 2026 20:50
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - VİDEO
18 Sentyabr 2026 11:50
Vaqif Aslan: ""Könül və can birliyi "Vurğun və Azərbaycan" birliyidir!"
18 Sentyabr 2026 11:49
“SÖZÜN SƏSİ” – SÖZÜN, MUSİQİNİN VƏ KİNO SƏNƏTİNİN VƏHDƏTİ
18 Sentyabr 2026 09:10
Ədəbiyyat Muzeyində "sevgi planeti" - Atilla BABƏKOĞLU yazır
17 Sentyabr 2026 10:57
MÜBARİZ İBRAHİMOV – VƏTƏN SEVGİSİNİN ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN ADI
16 Sentyabr 2026 12:05
“Sözə çevrilən milli yaddaş...”
16 Sentyabr 2026 10:58


Bakı -°C

