adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Sentyabr 2020 12:21
79577
ŞOU-BİZNES

Kamili “əsəbləşməyinə” peşman etdilər: “Boyunuzu yerə soxum”

Fitnes məşqçisi Kamil Zeynallı millimizin futbolçularından üzr istəyib.

Adalet.az xəbər verir ki, o,  “Instagram”da millimizin futbolçularını UEFA Millətlər Liqasının ilk oyununda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzmalarına görə təhqir etmişdi.

“Boyunuzu yerə soxum” deyən Kamil Zeynallı bu dəfə onlardan bu ifadəyə görə üzr istəyib. Kamil bunu əsəbi olması və daha sonra bu sözünə görə peşmanlıq keçirməsi ilə əlaqələndirib.

Kamil Zeynallı onu da qeyd edib ki, buna görə, heç kim ona təzyiq etməyib. O, peşmançılığını AFFA-da və millidə dostlarının olması ilə əsaslandırıb.

Əntiqə Rəşid