Kamran Əliyev Abşeron və Zəngilan sakinlərini qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il dekabrın 2-də saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Abşeron rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokuroru tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:25
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
15 Sentyabr 2026 11:05
Ali Məhkəmə yeniyetmələrin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı
15 Sentyabr 2026 10:52
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
14 Sentyabr 2026 18:01


Bakı -°C

