Kamran Əliyev prokurorlara tapşırıqlar verdi - FOTOLAR

Avqustun 9-da baş prokuror Kamran Əliyev Oğuz Rayon Prokurorluğunun inzibati binasında Oğuz, Şəki və Qəbələ rayonları, həmçinin digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qəbuldan əvvəl baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 19 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Daha sonra baş prokuror Şəki və Qəbələ rayon prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
Digər Xəbərlər
 30 Oktyabr 2025 14:27
 30 Oktyabr 2025 14:27 Məhkəmədə Tovuz döyüşlərindən sonra lentə alınmış videomaterial nümayiş etdirilib
 29 Oktyabr 2025 16:28
 29 Oktyabr 2025 16:28 Elton Məmmədov Baş Prokurorluğa çağırıldı - Rəsmi xəbərdarlıq
 28 Oktyabr 2025 12:07
 28 Oktyabr 2025 12:07 Baş prokuror Abşeronda vətəndaşları qəbul edəcək
 27 Oktyabr 2025 14:35
 27 Oktyabr 2025 14:35 

 Bakı -°C
 Bakı -°C 










