adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Sentyabr 2020 23:40
37573
HADİSƏ

Kanadaya məxsus qızıl mədəni çökdü: 50 nəfər öldü

Konqo Respublikasının şərqində yerləşən “Detroyt” qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 50 nəfərin öldüyü bildirilir.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, kustar üsulla hazırlanan mədən Kanadanın “Banro Corporation” şirkətinə aiddir.

Yerli qeyri-hökumət təşkilatının verdiyi məlumata görə, mədən güclü yağışlar səbəbindən çöküb.

Hazırda mədəndə həlak olanların cəsədlərinin axtarışı davam etdirilir.