Kantenin "Fənərbağça"ya transferi alınmadı
Fransa millisinin və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasının futbolçusu Nqolo Kantenin “Fənərbağça”ya transferi baş tutmayıb.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin keçidi üçün lazım olan sənədlərin sistemə vaxtında yüklənməməsi səbəb olub.
İstanbul təmsilçisi üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirsə də, qarşı tərəf eyni dərəcədə məsuliyyətli hərəkət etməyib. Nəticədə Kantenin “Fənərbağça”ya, Yussuf En-Nesirinin isə “Əl-İttihad”a keçidi alınmayıb.
Qeyd edək ki, daha əvvəl tərəflər arasında hər iki oyunçunun transferi ilə bağlı razılıq əldə olunmuşdu. Hətta Nqolo Kante tibbi müayinədən də keçmişdi.
Digər Xəbərlər
18 Fevral 2026 15:07
“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında
18 Fevral 2026 14:48
Üç klub azarkeşlərinə görə cərimələndi
18 Fevral 2026 13:36
ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi
18 Fevral 2026 12:10


Bakı -°C

