"Kartdan karta" üsulu ilə işləyən daha 467 sahibkar cəzalandırıldı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 467 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Adalet.az xəbər verir ki, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
04 Mart 2026 14:54
Avstriya ilə iqtisadi-ticarət əlaqələr müzakirə olunub
04 Mart 2026 14:27
Sürətli pul köçürmə sistemləri ilə əməliyyatların həcmi məlum olub
04 Mart 2026 12:08
“Bu, isə Azərbaycan qaz ixracatının kəskin artmasına səbəb olacaq”
04 Mart 2026 11:48
“Yaxın şərqdə yaşananlar isə Azərbaycanın enerji təhcizatının əhəmiyyətini daha da artırır”
04 Mart 2026 10:02
Azərbaycan nefti kəskin bahalaşdı
04 Mart 2026 09:43
Azərbaycan boru kəmərləri ilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən birinci yerdədir
03 Mart 2026 17:17
Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə sektorundan gəlirlər açıqlandı
03 Mart 2026 14:15


Bakı -°C

