Keçmiş məhkum evdən külli miqdarda qızıl və pul oğurladı
Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.
O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
26 Yanvar 2026 10:11
Cinayətdə şübhəli bilinən 86 nəfər saxlanıldı
24 Yanvar 2026 11:37
Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
24 Yanvar 2026 11:01
Axtarışda olan 94 nəfər saxlanıldı
23 Yanvar 2026 16:59
31 min 852 cinayət qeydə alınıb
23 Yanvar 2026 16:58
Ötən il Azərbaycanda 214 kriminal qrup zərərsizləşdirilib
23 Yanvar 2026 12:57
Soyğunçuluq edən şəxslər saxlanıldı
23 Yanvar 2026 10:42
Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana ekstradisiya olundu
23 Yanvar 2026 10:16


Bakı -°C

