Kəlbəcər və Daşkəsəndə aşkar olunan yeni minalar zərərsizləşdirilib - VİDEO
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfdən basdırılan növbəti minalar aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Kəlbəcər rayonu ərazisində 79 ədəd “PMN-Э” tipli piyada əleyhinə, iki ədəd “TM-62M” tipli tank əleyhinə mina, Daşkəsən rayonu ərazisində isə 53 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina və dörd ədəd “OZM-72” tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Qeyd edək ki, Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
Buna baxmayaraq, azad edilmiş ərazilərimizdə Vətən müharibəsindən sonra Ermənistanda istehsal olunan xeyli sayda minalar aşkar edilir. Xüsusilə insan tələfatı məqsədilə basdırılan piyada əleyhinə minalar həm mülki vətəndaşların, həm də hərbi qulluqçuların həyatına ciddi təhlükə yaradır.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13


Bakı -°C

