Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - VİDEO
Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.
Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.
Digər Xəbərlər
26 Aprel 2024 21:15
Kəmaləddin Heydərov müşavirə keçirdi
26 Aprel 2024 18:40Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
26 Aprel 2024 18:00Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel 2024 17:32Qazaxda sərhədin demarkasiyası texniki cəhətdən başa çatdı
26 Aprel 2024 15:58