12 Avqust 2025 10:16
102
HADİSƏ

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı - ölən var - YENİLƏNİB

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub.

Adalet.az xəbər verir ki, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur.

Faktla bağlı araşdırma aparılır.

***

09:12

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb.

Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.