Kəmalə Abiyeva: Sən də sevəcəksən gizlicə
Sən də sevəcəksən məni gizlicə,
mən də bu sevgiylə alışacağam.
Ağlımın əlində əsir eşqimdən
hicrana,həsrətə danışacağam.
Gözlərinə baxacağam, gözlərimi görəcəksən.
Fəqət hər an gözümüzdə
yaşayacaq acı hicran.
Əllərinin həsrəti də qalacaqdır əllərimdə.
Saymazyana duracağıq elə biz,
bir vuracaq ürəyimiz.
Tənhalığı duyacayıq
döyündükcə ürəyimiz.
Sənə bəlli,mənə bəlli
heç kəsinsə bilmədiyi
bir ayrılıq illər boyu yaşayacaq ürəyimizdə.
sənə bəlli,mənə bəlli heç kəsinsə görmədiyi
bir tənhalıq üşüyəcək gözlərimizdə.
Qəlbimizi susduraraq,
özümüzü gözümüzdə gizlədərək
görüşməli olacağıq hərdən ancaq.
dağ həsrətli anlarımız
saçımızda dən olacaq.
Ömrümüzdən varaq-varaq
düşən günü saymayaraq
nisgil dolu hər bir anı
qəlbimizə yığacağıq qalaq-qalaq.
İki ürək bir sevgiyəiki sahil olacaq.
Bu sahildən o sahilə hicran körpü salacaq.
Bir həsrəti böləcəyik ikimiz-
biri səndə,biri məndə qalacaq.
yana-yana donacayıq,
Digər Xəbərlər
17 Yanvar 2026 12:04
“İrandakı etirazlar ona görə inqilab şəklini ala və nəticəyə çata bilmədi ki...”
15 Yanvar 2026 18:32
FƏDAKAR ALİM ÖMRÜ
15 Yanvar 2026 11:05
"Azərbaycan xalqını çox yükləyiblər lazımsız ideya və fikirlərlə..."
15 Yanvar 2026 10:31
Nəğməli ürək - Həzi Həsənli yazır
14 Yanvar 2026 11:01
Axrınıza çox az qaldı, mollalar! - Murad Köhnəqala yazır
13 Yanvar 2026 12:43
“Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib - FOTOLAR
13 Yanvar 2026 12:20
"Boğaza yığılmışıq" - Anardan SƏRT AÇIQLAMA: AYB-dən çıxarılacaqlar
13 Yanvar 2026 11:15


Bakı -°C

