Kəmaləddin Heydərovla Kurenkovla arasında ikitərəfli görüş olub - FOTO - YENİLƏNİB

Rusiya və Azərbaycan fövqəladə hallar nazirləri Aleksandr Kurenkov və Kəmaləddin Heydərov fövqəladə hallar qurumları xətti ilə ikitərəfli tərəfdaşlığı müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
***
12:21
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovla ikitərəfli görüş keçirib.
Adalet.az Rusiya FHN-ə istinadən xəbər verir ki, Aleksandr Kurenkov bu yaxınlarda İran-İsrail münaqişəsi zamanı Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Nazir əlavə edib ki, bu işin nəticəsində Rusiya vətəndaşları ölkələrinə qayıda biliblər.
Digər Xəbərlər

ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib

Sahibə Qafarova 6-cı Dünya Konfransında ümumi müzakirələrə sədrlik edib

İlham Əliyev Mərakeş Kralını təbrik etdi
