Kərim Vəliyev pakistanlı generalla terrorla mübarizəyə dair müzakirə apardı
Pakistanda səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munir ilə görüşüb.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik K.Vəliyev dost və qardaş ölkə Pakistanla bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.
Görüşdə ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsi və birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib, habelə ölkələr arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın şimal-qərbində yerləşən Tirah vadisində baş vermiş terror hücumunu pisləyib, həlak olanlarla bağlı Pakistan tərəfinə başsağlığı verib.
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın müzakirə edildiyi görüşdə terrorla mübarizə və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
04 Noyabr 2026 22:43
Ərdoğan Azərbaycanın hava məkanında İlham Əliyevə səmimi arzularını çatdırdı - VİDEO
04 Noyabr 2026 18:49
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
04 Noyabr 2026 18:43
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı PAYLAŞIM - VİDEO
04 Noyabr 2026 17:02
Baş nazir 4 ölkənin rəsmiləri ilə görüşdü
04 Noyabr 2026 16:32
Prezidentə pakistanlı həmkarından Zəfər Günü MƏKTUBU
04 Noyabr 2026 16:11
Salman bin Əbdüləzizdən Prezidentə TƏBRİK
04 Noyabr 2026 13:04
Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisə təqdim olunub
04 Noyabr 2026 11:39


Bakı -°C

