"Kifayət qədər faydalıdır" - Zelenskidən danışıqlarla bağlı AÇIQLAMA

Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü davam edir.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
Onun sözlərinə görə, bu dəfəki danışıqlar daha çox texniki xarakter daşıyır: "Bu gün Səudiyyə Ərəbistanında Ukrayna və Amerika komandalarının ikinci görüşüdür. Bu dəfə daha texniki səviyyədə - hərbçilərimiz, diplomatlarımız, Energetika Nazirliyinin nümayəndələri".
Prezident bildirib ki, o, artıq Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovla görüşü müzakirə etməyə nail olub: "O, mənə görüş haqqında, danışıqların gedişi barədə məlumat verdi. Komandamız tam konstruktiv işləyir, söhbət kifayət qədər faydalıdır. Nümayəndə heyətlərinin işi davam edir".
Digər Xəbərlər

İranda limanda partlayış: xərasət alanlar var - YENİLƏNİB

Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır

Roma Papasının dəfn mərasimi keçirilir - CANLI YAYIM
