Kolleclərə ixtisas seçiminin nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini bu gün saat 15:43-dən etibarən internet səhifəsində yerləşdirib.
Adalet.az xəbər verir ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
| Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbul olma | ||
| Azərbaycan bölməsi | Rus bölməsi |
Bölmələr üzrə cəmi | faizi | ||
| Dövlət ödənişsiz | 4478 | 4298 | 108 | 4406 | 98.39 |
| Dövlət ödənişli | 5349 | 5053 | 107 | 5160 | 96.45 |
| Özəl | 300 | 280 | 20 | 300 | 100.00 |
| Cəmi | 10127 | 9631 | 235 | 9866 | 97.41 |
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat
Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat:
| Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbul olma | ||
| Azərbaycan bölməsi | Rus bölməsi |
Bölmələr üzrə cəmi | faizi | ||
| Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar | 8648 | 8451 | 191 | 8642 | 99.92 |
| Xüsusi qabiliyyət tələb edən ixtisaslar | 1479 | 1180 | 44 | 1224 | 82.76 |
| Cəmi | 10127 | 9631 | 235 | 9866 | 97.41 |
Abituriyentlər 2022-ci il 22 avqust 12:00-dan 1 sentyabr saat 23:59 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Digər Xəbərlər
20 Dekabr 2025 15:00
“600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik” - DİM sədri
18 Dekabr 2025 12:33
"Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar" - Nazir
18 Dekabr 2025 12:05
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olundu
18 Dekabr 2025 10:45
Azərbaycan Universiteti ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
17 Dekabr 2025 12:01
45 məktəbdə istilik sistemi yeniləndi
17 Dekabr 2025 10:33
Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir - VİDEO
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50


Bakı -°C

