adalet.az header logo
  • Bakı -°C
29 Yanvar 2026 09:33
86
İDMAN
A- A+

"Komandada həm məyusluq, həm də sevinc var" - Qurban Qurbanov

“Daha yaxşı oynaya bilərdik, bu bizim oyunumuz deyil. Biz daha yaxşı komandayıq. Baxmayaraq ki, “Liverpul”a qarşı oynayırdıq. Hər bir halda layiqli məğlub olduq, amma layiqli də ilk 24-lükdə olduq. Xalqımızı təbrik edirəm. Hamı ilk 24-lükdə yer almağımızı çox gözləyirdi”.

Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Liverpul” komandası ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Qurban Qurbanov bildirib ki, turnirin bu mərhələsində oyunlar daha da çətinləşir, rəqiblər daha güclü olur. O, əlavə edib ki, komandada həm məğlubiyyətə görə məyusluq, həm də pley-offa yüksəlməyin sevinci var:

“Daha yaxşı mübarizə apara bilərdik. İlk səkkiz komanda arasında rahat rəqib yox idi. Hər oyun, hər stadion öz çətinliyi ilə seçilirdi”.

Qeyd edək ki, “Enfild” stadionunda təşkil olunan qarşılaşma “Liverpul”un 6:0 hesablı qələbəsi ilə başa çatıb. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.