General yanvar çağırışının gedişatını müzakirə etdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
Adalet.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub.
Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi Çağırış Komissiyasında 16 dövlət qurumu təmsil olunur.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Digər Xəbərlər
12 Oktyabr 2026 10:59
Bakıya gələn təyyarələr PUA hücumuna görə ləğv olundu
12 Oktyabr 2026 10:46
Ötən həftə nə qədər mina zərərsizləşdirilib?
12 Oktyabr 2026 09:50
ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək
12 Oktyabr 2026 09:24
Azərbaycanda "Instagram" və "TikTok"a girişdə problem yarandı
11 Oktyabr 2026 15:27
"Dini xurafat, dini mövhumatçılıq keçmişin qalıqlarıdır" - Bəyanat
11 Oktyabr 2026 09:02
Bu qərar hicaba qarşı yönəlməyib - Sabir Rüstəmxanlı
11 Oktyabr 2026 08:49
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür
10 Oktyabr 2026 17:00


Bakı -°C

